AĞLAYIR

Aybəniz FAZİL

Şairə

Bu gecə dolubdur gözün, buludum,

Ayın nur üzünü uman ağlayır.

Sabaha çıxmağa yoxdur umudum,

Bükülüb həsrətdə güman ağlayır.

***

Qıymadım sultana, şaha könlümü,

Sən saldın azara, aha könlümü.

Yoxdur ovudan da daha könlümü,

Dərdinə bürünüb duman ağlayır.

***

Aybəniz Faziləm, belədir gecəm,

Sevdiyim gözlərdə bəlkə də, heçəm.

Əcəl yaxın gəlmir, dünyadan köçəm,

Qorxub niyyətimdən “aman” ağlayır.

03.10.2025.

“Aman” -burada bir insan ömrünə ayrılmış zaman mənasındadır

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights