ELAZ.İNFO xəbər verir ki, buz üzərində rəqs üzrə ixtisaslaşmış məşhur məşqçi Gennadi Akkerman 71 yaşında dünyasını dəyişib. Bu barədə Rusiya Fiqurlu Kankansürmə Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Gennadi Akkerman karyerası ərzində dünya buz idmanına bir çox parlaq adlar bəxş edib. Onun tələbələri arasında Olimpiya oyunlarının mükafatçıları olmuş əfsanəvi simalar var: 1994-cü il Olimpiadasının gümüş mükafatçısı Aleksandr Julin; 2002-ci il Olimpiya Oyunlarının gümüş medalçısı İlya Averbux. Onun rəhbərliyi altında məşq edən idmançılar dəfələrlə dünya və Avropa çempionatlarının fəxri kürsülərinə qalxıblar.
Təcrübəli mütəxəssisin ölüm səbəbi barədə hələlik rəsmi məlumat verilməyib. Mərhum məşqçi ilə vida mərasimi fevralın 19-da Sankt-Peterburqun Müqəddəs Troitsa İsmaylovski kafedralında keçiriləcək. Fiqurlu kankansürmə ailəsi Gennadi Akkermanı təkcə peşəkar məşqçi kimi deyil, həm də buz üzərində zərifliyin və texnikanın mahir bilicisi kimi xatırlayacaq.
Ruslan MƏMMƏDOV