Ağdam Türk yurdudur!

ELAZ.İNFO

” AĞDAM GÜNÜ”
Həqiqət üstə Haraylarımdan.

Ağdam Türk yurdudur!
Ağdamdan söhbət düşəndə ,paylaşımlar ediləndə ərəbçiliyi özündə yaşadan məscidin şəkilin insanlarımız önə çıxarırlar.
Məscidin divarlarına qədər bizimdi,yəni Türkündür.
Məscidin içərisində Türkün deyil,ərəbin ruhu yaşayır.
Türk yurdu Ruhumuzun işğalı olan ərəbçilikdən başlamaz.
Ağdamın Qədimliyinə,
Tarixinə,Ölməzliyinə və Türk Mahiyyətinə İnam olmalıdır.
V əsrdə ərazisində ikipalatalı parlament iclasları keçirilən,Qarqar əlifbası yaradan,Kamil sənət əsəri olan Muğam beşiyi olan,Başı Bağdadda ayağı Hindistanda olan ərəb islam ordusunu Çalağan və Leyla təpələri yanında 821- il mart ayının 20- də məğlub edən,işğalçı ərəb islam ordusunu ərazisinə buraxmayan bir Türk yurdunun ərəbçilik simvolu ola bilməz.
Bu Ağdamın Tarixinə,Türk mahiyyətinə xəyanətdir .
” Ağdam günü” nə gəldikdə isə…
Ağdamlı üçün hər gün Ağdam günüdür.
Vətənin günü olmur.
Vətən hər gün Vətəndir!

Ulusumuz Uluyurdumuz var olsun!

Abıl Ulusoy

Bizimlə oxuyun
Verified by MonsterInsights