Ağdam, Füzuli və Xocavənd rayonlarının ərazisinin 30 faizi minalardan təmizlənib

ELAZ.İNFO xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarının ərazisinin 30 faizi minalardan təmizlənib.

Bunu Emin Hüseynov Ağdamda Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli” adlı konfransda çıxışı zamanı səsləndirib.

E.Hüseynov onu da qeyd edib ki, Ağdam şəhəri faktiki olaraq minalardan təmizlənsə də, rayonun böyük bir hissəsi təmas xəttinə düşdüyü üçün çox çirklənib, amma yenə də təmizləmə işi aparılır.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights