Erməni vəhşiləri tərəfindən törədilmiş qətliamlardan biri olan Ağdaban faciəsindən 33 il ötür. 08.04.1992-ci ildə törədilən qətliam zamanı 130 evdən ibarət kənd tamamilə yandırılmış, 779 nəfər işgəncəyə məruz qalmış, 67 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş, 2 nəfər itkin düşmüşdür. Bu acı statistikaya Aşıq Qurbani və Aşıq Şəmşirin evinin talan edilməsini, zəngin arxiv və əlyazmalarının məhv edilməsini də əlavə etdikdə insanı sadəcə dəhşət bürüyür. Həmin gün eyni zamanda bu kəndlərimizdəki bütün tarixi abidələr məhv edilmişdir. Dədə Şəmşirin 28 yaşlı nəvəsi Qulu və 8 yaşlı Ülviyyə diri-diri yandırılmışdır. Ertəsi gün əhalinin tələbi ilə Kəlbəcər şəhərində müdafiə təşkilatı yaradılmış, polkovnik (sonradan general-leytenant) Zaur Rzayev dəvət edilmişdir. Kənd erməni vəhşiləridən geri alınsa da, 1993-cü ilin mart ayının 27-də yenidən ermənilər tərəfindən işğal olunmuşur. Beləliklə, Kəlbəcərin işğalı məhz bu kənddən başlayır.
Natəvan BƏYDİLİ