Ağdərə rayonu, Sərsəng su anbarı, Umudlu kəndinə gedən avtomobil yolu istifadəyə çıqdır

Elaz.info Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ağdərə rayonu, Sərsəng su anbarı-Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyilinə tapşırılmış və işlər başa çatdırılıb.

Avtomobil yolunun əsas göstəriciləri:

– Yolun ümumi uzunluğu – 9.4 km;
– Yolun texniki dərəcəsi –  IV;
– Hərəkət hissəsinin orta eni – 6 metr;
– Hərəkət zolaqlarının sayı – 2 ədəd;
– Hərəkət zolağının eni – 2×3 metr;
– Çiyinlərin  eni – 2 x 2 metr;
– Torpaq yatağının eni – 10 metr.

Yolun konstruksiyası:

– Əsasın alt layı – qum-çınqıl qarışığından, qalınlığı –  24 sm;
– Əsasın üst layı – optimal çınqıl qarışığı, qalınlığı – 16 sm;
– Asfalt-beton örtük 2 laydan ibarət (7+5 sm) qalınlığı – 12 sm.

Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:

– Torpaq işləri – 158.6 min m3;
– Karxana çınqılından yolun torpaq yatağının bərpası – 97.3 min m3;
– Yol əsasının tikintisi – 43.1 min m3;
– 2 laydan ibarət qalınlığı 12 sm olan asfalt-beton örtüyün tikintisi – 17.2 min ton;
– Bütöv və qırıq xətlər sarı və ağ rəngdə çəkilib – 28.2 min metr;
– Əyri xətli bruslarin quraşdırılması – 1000 p/m;
– Beton küvetlərin tikintisi – 7200 metr.

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights