ELAZ.İNFO xəbər verir ki, Ağ Evin mətbuat katibi Leavitt Qəzzada atəşkəsin ABŞ prezidenti Trampın əsas prioritetlərindən biri olduğunu bildirib.
Ağ Evin mətbuat katibi Karolin Leavitt Ağ Evin önündə mətbuatın suallarını cavablandırıb.
Leavitt ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə sülhə nail olmaq üçün səylərinin davam etdiyini və Qəzzada girov saxlanılan amerikalıların əksəriyyətinin azad edildiyini bildirib.
Leavitt “Prezident Qəzzada girovların azad edilməsi və daimi atəşkəsin əldə edilməsi üçün çalışır. Bu, onun əsas prioritetlərindən biridir” deyib.
O amerikalı girov Aidan Aleksandrın da bu səylər sayəsində xilas edildiyini bildirib.
Leavitt İsrailin Qəzza zolağında kilsəyə hücumuna da toxunaraq, prezident Trampın dərhal müdaxilə etdiyini, İsrailin baş naziri Binyamin Netanyahu ilə birbaşa görüşdüyünü və İsrailin hadisəni qəza elan etdiyini bildirib.
Qəzzada humanitar yardım səylərinə toxunan Leavitt Tramp administrasiyasının bölgəyə yardım çatdırmaq üçün həll yolları hazırladığını bildirib.
Yardımın mülki şəxslərə çatmasını təmin etmək üçün ciddi nəzarətlərin olduğunu vurğulayan Leavitt deyib ki, “Yardımların Qəzzaya çatmasının səbəbi prezidentdir. O, bunun sülh yolu ilə, daha çox insan itkisi olmadan baş tutmasını istəyir. O, aclıq çəkən qadın və uşaqların şəkillərini görməkdən nifrət edir. Bu səbəbdən rəhbərlik bölgəyə yardım çatdırmaq üçün bir həll tapdı və ehtiyacı olanlara çatdığından əmin olmaq istəyirik”.
İlahə BAYINDIR