ELAZ.İNFO xəbər verir ki, Ağ Ev müxbirlər assosiasiyasının illik şam mərasimində baş verən atışma ilə bağlı yeni detallar açıqlanıb. Hadisə 25 aprel 2026-cı il şənbə axşamı, təxminən saat 20:36-da Vaşinqtondakı “Washington Hilton” otelinin əsas girişində baş verib.
Hadisə zamanı Donald Trump həyat yoldaşı Melania Trump, vitse-prezident JD Vance və bir sıra yüksək vəzifəli şəxslərlə birlikdə tədbirdə iştirak edirdi.
ABŞ mediasının məlumatına görə, hücum edən şəxs 31 yaşlı, Kaliforniyanın Torrens şəhərindən olan Kol Tomas Allen kimi təqdim edilib. Onun Kaliforniya Texnologiya İnstitutunda təhsil aldığı, müəllim və mühəndis kimi fəaliyyət göstərdiyi bildirilir.
Aydan

