ELAZ.İNFO xəbər verir ki, İstanbulun Sancaktepe rayonundan dəhşətli qətl xəbəri gəlib. 28 yaşlı Beytullah Cin mübahisədən sonra anası və atasını bıçaqlayaraq öldürüb. Atası hadisə yerində, anası isə aldığı xəsarətlər nəticəsində xəstəxanada edilən tibbi müdaxilələrə baxmayaraq keçinib. Nəzarətə alınan şübhəlinin psixoloji problemlərinin olduğu bildirilib.
Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Həkimlər 65 yaşlı ata Ahmet Cinin hadisə yerində öldüyünü müəyyən edib
Aysun NƏCƏFOVA