Allah Rəsulu ehtiyaclarını ödəmək üçün istifadə etdiyi mallar üçün kafi hesab edir və dəbdəbəni sevmirdi. O, hər cür imkanlara malik olsa da, dünya malı toplamaq istəmir və təvazökar yaşamağa üstünlük verirdi.Bir gün Abdullah b. Məsud (r.a) mübarək evindəki otağına daxil oldu. Hz. Peyğəmbər sərt döşəkdə yatırdı.
İbn Məsud həsirin Rəsulullahın bədənində izlər qoyduğunu görəndə özünü saxlaya bilməyib ağladı. Həzrət Peyğəmbər (s) soruşdu:
-“Səni nə ağladır, Abdullah?” – deyə soruşdu.
“Ya Rəsulullah, Kisra və Kayzer atlaz, xalis ipək və daibac (Fars toxunmuş ipək parçalar) üzərində yeriyərkən, sən bədənində izlər buraxan bu döşək üzərində yatırsan.”
İbn Məsud kədərini belə ifadə edərək, Hz. Peyğəmbərin təsəlli olaraq dediyi bu sözlər onun dünyaya baxışını ümumiləşdirir:
-“Ağlama, Abdullah! Dünya onlarındır, axirət bizimdir. Mənim bu dünyada nə marağım var?
Mən bu dünyada ancaq atın üstündə ağacın kölgəsində dincələn, sonra qalxıb oradan ayrılan yolçu kimiyəm.”
Ali Kamal Maboçoğlu -Türkiyə