ABŞ prezidenti Donald Trampla Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Alyaskadakı körüşü haqqında bütün informasiya vasiyələri xəbər yayıb. (15 avqust 2025) Bu hadisəyə geosiyasi müharibələr prizmasından baxaraq görüşün səbəbləri, nəticələri haqqında və əsl mahiyyətini anlamağa çalışaq. İmperialist və ya başqa bir terminlə ifadə etsək geosiyasi düşüncə ilə siyasət aparan bütün dövlətlərin münasibətlrində əsas məqsəd nəyin bahasına olursa olsun öz təsir dairəsini daha da genişləndirmək, daha böyük, daha da güclü olmaq, bu münasibətlərin əsas ana postulatıdır. Artıq geosiyasi meydanda iki ənənəvi rəqib, ABŞ, İngiltərə, qərb və Rusiya bu müharibəni bu gün də davam etdirirlər. Avqusdun 15 də Rusiya və ABŞ prezidentlərinin Alyaskada görüşünə də bu ənənəvi müharibənin tərkib hissəsi kimi baxmaq olar. Əvvəl bu görüşün səbəbi haqqında düşüncələrimizi bildirək. ABŞ prezidenti ikinci dəfə hakimiyyətə gəlməzdən əvvəl, seçgi dövründə bəyan edirdi ki, o bütün müharibələrə son qoyacaq. Hakimiyyətə gələndən sonra Zelenski ilə Ağ evdə görüşü zamanı istədiyinə nail ola bimədi. Dünyanın başqa bölgələrində stablilliyə nail oldu. İsrail İran müharibəsini saxladı, Azərbaycanla Ermənisdan arasında sülhə aparan bəyannaməni imzalatdı. Birinci güc mərkəzinin əsas məqsdi Rusiyanı parçalamaq, Çini yenə də özünə tabe etdirməkdir. Görünür ki, birinci güc mərkəzinin beyin mərkəzi, uzaq illərə hesablanan strateji plan çəkir. Ona görə də əvvəlcədən müxtəlif bəhanələrlə İngiltərə Avropa İttifaqından çıxıb. ABŞ da artıq elan edib ki, Avropa üçün döyüşməyəcək. Sizə ancaq pulla silah sata bilərəm. Buna görə də Avropada Ölkələr öz ordusunu yaratmaq haqında daha çox danışırlar. Almaniya artıq bu işdə öndə gedir. Finlandiya Rusiya tərəfdən heç bir təhlükə olmasına baxmayaraq onu da İsveçi də NATO ya qəbul oludu. Bu gün Rusiya və ABŞ prezidentlərinin görüşündə birinci güc mərkəzinin, əsasən də ABŞ və İngiltərənin məqsədi odur ki, gələcəkdə Rusiya ilə Avropa dövlətləri arasında ola bləcək müharibədə, özlərini Rusiyanın birbaşa bücumundan sığortalamaqdır. Belə bir müharibədə əsas hücum edən ölkələr Almaniya, Polşa, Finlandiya və s. ola bilər. ABŞ və İngiltərə yenə də sülh istəyən ökələr kimi üzdə hamını sülhə dəvət edəcəklər. Hətta belə bir hadisə olsa deyəcəklər ki, görürsüz ki, biz nə qədər çalışdıq Rusiyanı sülhə gətirə bilmədik. Rusiya Ukrayna ərazilərinin işğalından əl çəkmədi və s. sözlər. Əslində beynlxaq qanunlar da birinci güc mərkəzinin planlarının daha da möhkəm olması üçün işləyir. Həqiqətən də Rusiya başqa br suveren ölkənin ərazisini işğal edib. Açıq bildirir ki, işğal etdiyi ərazilər tarixi Rus torpaqlarıdır. (Bu məntiqlə Azərbaycan da və digər dövlətlər də qonşularına qarşı müharibə etməlidir.) ABŞ ın əsas məqsədi təxminən belədir ki, özünü və İngiltərəni gələcəkdə ola biləcək müharibədə qorumaq. Avropanı Rusiya ilə müharibəyə hazırlamaq. Rusiya Fderasiyası əslində öz rəqibinin geosiyasi qanunları ilə onunla danışır. Bu görüşdə Rusiyanın məqsədi odur ki, o həmkarına geosiyasi şahmat oyununda bərabərlik təklif edəcək. Yəni Ukraynada önun işğal etdiyi, öz tarixi torpaqları hesab etdiyi əraziləri tam tutmasına maane olmasın. Yəni şərqi Ukrayna torpaqlarını Rusiyaya birləşməsini ABŞ qəbul etsin. Qərbi Ukraynada ABŞ nə isdəyir o cür də siyasət aparsın. Bu fikirlər Rusiyanın bu görüşə gəlmə səbəbidir. Amma indi adi məktəbli də bilir ki, ABŞ Rusiyanın bu təklifini qəbul etməyəcək. Amma təkidlə atəşkəsin olmasının vacibliyini bildirəcək. Bu görüşdə ABŞ və Rusiya heç biri isdəklərinə nail ola bilməyəcəklər. (Əslində ABŞ istədiyinə nail olacaq) Hətta Ukrayna da əvvəlcədən bildirib ki, Ukraynasız keçən heç bir görüşün nəticəsini tanımıtıq. Görüş bir neçə saat davam edə bilər. Axırda da bir-birinin əlini gülərək sıxıb ayrılacaqlar. Birinci güc mərkəzi (ABŞ, İngiltərə) geosiyasi şahmat oyununda rəqibini mat vəziyyətinə salaraq onun vəziyyətini hər gün daha da ağırlaşdırır. Bu görüş belə də bitəcək. Ukraynada müharibə yenə də davam edəcək. ABŞ və İngiltərə bu müharbədən özlərini “tam kənara çəkəcək”.
Olduqca gərgin gedən çox tərəfli bu geosiyasi şahmat oyununda Türk dövlətləri, Türk Dövlətəri Təşkilatını hər gün daha çox gücləndirməlidirlər. Xəyali olaraq düşünək ki, birinci güc mərkəzi Rusiyanı çoxlu xırda dövlətlərə parşaladı və Çini də ya yenə də özünə tabe etdirdi, ya da Çin də bir neçə dövlətə parçalandı. Bax belə bir dünyada birinci güc mərkəzi Türk dövlətlərini daha çox əzə bilər, yəni Türk dünyasının maraqlarını da əzmək onlar üçün çox asan ola biləcək. Zatən Türk dünyasının tarixini məna ardıcıllığı ilə düzüb baxdıqda görürük ki, dünyaya hökm edən bütün Türk dövlətləri, bu iki rəqibin məkirli siyasətilə dünya xəritəsindən silinib. Ona görə Türk dövlətləri dayanmadan TDT-nı daim gücləndirməlidir ki, bütün güclər onunla hesablaşmağa məcbur olsun. Dünya tarixində yeganə haldır ki, bütün Türk İmperiyaları zamanında onların ərazisində yaşayan bütün xaıqlar da Türklər qədər hüquqlara, azadlıqlara malik olub, xoşbəxt yaşayıblar.
Tahir ƏLƏKBƏROV