ELAZ.İNFO xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasında əhali tibbi müainəyə gələrkən stres yaşayaraq başqa bir xəstəliyə düçar ola bilər.
13 sentyabr, şənbə günü Abşeron Rayon Mərkəzi Xəstəxanasında Radiologiya şəbəsində elə dəhşətli bir mənzərə yaşandı ki, həkim xəstə ilə əlbəyaxa çıxdı. Xəstələr qalıb bir kənarda, yalançı tibbi arayışların yazılması üçün yüzlərlə təhsil işçisi yığılıb həkimin başına. Radiologiya şöbəsində eyni zamanda bu qədər adamın olması nə dərəcədə döğrudur.
P.S.-Bu arayışların alınmasının nə əhəmiyyəti var? Onsuz da bu şəxslər müayinə olunmadan yazılan kağız parçalarıdır. Təhsilin inkişafında bunun bir əhəmiyyəti varsa, nə bilim….
Natəvan BƏYDİLİ

