ABŞ Yaxın Şərqdən gedir?

-“ABŞ Yaxın Şərqdən gedir. Əlbəttə, proses hələ uzun çəkəcək, ABŞ Trampın vaxtında da, ondan sonra da hələ mövqeyini saxlamağa cəhdlər edəcək, amma bu mahiyyəti dəyişmir – ABŞ artıq əvvəlki gücünü bərpa etmək imkanında deyil və yaxın 30 ildə də buna nail ola biləcəyini gözləmirəm. Sadəcə, Yaxın Şərqin təhvil-təsliminin rəsmiləşdirilməsi prosesini gərginləşdirə və gecikdirə bilər”.

ELAZ.İNFO xəbər verir ki, bu fikirləri Asif Şəfəqqətov özünün sosial şəbəkə hesabında yazıb. Asif Şəfəqqətov bilrir ki, “ABŞ hazırda D1 altvariantındadır. ABŞ-ın Yaxın Şərqdə Körfəz ölkələrinin təhlükəsizliyini təmin edə bilməməsi neftin dollarla satılması erasının sonu olacaq. Neft-dollar razılaşması imzalananda dünya üzrə nefin ən böyük idxalçısı ABŞ idi. İndi artıq ABŞ özü neft ixracatçısıdır, Körfəz neftinə çox da ehtiyacı yoxdur. İndi dünya neftinin ən böyük idxalçıları Çin və Hindistandır. Neftin yuana satılması çoxdan iqtisadi zərurətə çevrilmişdi, sadəcə, Yaxın Şərqdəki ABŞ hərbi bazaları buna mane olurdu. İndi bu maneə də aradan götürülür. Səudiyyə Ərəbistanı nefti yuana satmaq üçün hələ 2 il əvvəl hüquqi hazırlıqlar görmüşdü”.

Asif Şəfəqqətov qeyd edir ki, “Neftin dollarla satışının dayanması onun nüfuzuna dəyəcək ən güclü zərbə olacaq. ABŞ kağız satmaqla pul qazanmaq imkanını itirəcək. Bunun fəsadları barədə yazıb vaxtınızı almaq istəmirəm. Bircə onu deyəcəm ki, neft-yuan razılaşmasından sonra ABŞ-ın, Tramp demişkən, “ən möhtəşəm, ən güclü” ordusu 2-3 ilə çox pis günə düşəcək – çünki elə nəhəng büdcə üçün vəsait olmayacaq”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights