Türkiyənin “Aydınlık” qəzeti Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak və USQ-nin baş komandanı Aleksandr Sırski arasında videodanışığın bir fraqmentini paylaşıb.
Bu videofraqmentdə Sırski orduda silah-sursat çatışmazlığından şikayət edir və tezliklə təchizat bərpa edilməzsə, vəziyyətin pis olacağını bildirir.
Yermak deyir ki, Qremin (Ukraynanın əsas lobbisti neokon ABŞ senatoru Lindsi Qrem) haqqı verilib. Onun haqqını Rinat (və ya Roma – ukraynalı oliqarx Rinat Axmetov) verib. Amma nədənsə Trampı yola gətirə bilmir.
Sırskinin “bəlkə daha çox vermək lazımdır?” fikrinə Yermak cavab verir ki, bu dəfə əvvəlkilərdən çox vermişik. Görünür, Benya (İsrailin baş naziri Benyamin Netanyahu) bizdən də çox verib. Yəni silah qıtlığı çəkən ABŞ olan-qalan silahlarını Ukraynaya yox, İsrailə verir. Qrem İsrailin də lobbistidir.
Söhbətlərindən belə çıxır ki, Avropaya (əsasən Almaniyaya) çox da ümid etmirlər.
Bax, ABŞ Ukraynada demokratiyanı belə qurur – “otkat”, rüşvət, silah alveri ilə.
Bir məqama də diqqət edin:
Məktəbdə hətta tənəffüsdə, taksidə, ictimai yerlərdə, ticarət şəbəkələrində rus dilində danışmağı qadağan edən, rus dilində mahnılar dinləyəni az qala xalq düşməni elan edən hakimiyyət nümayəndələri öz aralarında rus dilində danışırlar.
P.P.S. ZeYermak da lobbi bandasını itirə-itirə gedir:
-Hanter Baydeni “Burisma”nın İdarə Heyətinə daxil edib, onun vasitəsilə atasını “görürdü”, indi onları büdcə “kisəsindən” kənarlaşdırıblar.
-2024-də Trampın seçilməsi ehtimalı artanda onun vaxtında dövlət katibi olan neokon Mayk Pompeonu “Kiyevstar”ın direktorlar şurasına daxil etdilər ki, rəşvət vermək üçün leqal əsas olsun. Tərs kimi Tramp da Pompeonu yeni kabinetinə götürmədi. Üstəlik bu təyinatdan 1 həftə sonra Rusiya raket zərbəsi ilə “Kiyevstar”ın ofisini dağıtdı.
-Trampın 1-ci prezidentliyi dövründə onun milli təhlükəsizlik üzrə müşaviri olan neokon Con Boltonu lobbiçiliyə cəlb etdilər, o da sonra Trampa satqın çıxdı, indi isə evində axtarış aparılır və həbs edilmək ehtimalı var.
-Lindsi Qrem haqqında isə yazdım. Onun da 2026-cı ildə Senata seçilə bilməyəcəyi gözlənilir. MAQA-çılar Respublikaçılar partiyasından başqa namizədə üstünlük verirlər.
-Düzdür, hələ onlarla başqa lobbistlər də var, məsələn, Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi general Kit Kelloq (onun qızı Meqan Mobbs Ukrayna hərbçilərinə yardım fəaliyyəti göstərən R.T.Weatherman Foundation-ın prezidentidir), lakin ən “ağır çəkililər” sadaladıqlarım idi.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi