ABŞ Rusiyaya qarşı “əzici” sanksiyalar tətbiq edəcək

Okeanın o tayından əzici hədələr gəlir

ELAZ.İNFO, BAKI, 14.05.2025.

ELAZ.İNFO xəbər verir ki, dünən ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq bildirib ki, Ukrayna münaqişəsinin həllinə dair mayın 15-də İstanbulda keçiriləcək danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ Rusiyaya qarşı “əzici” sanksiyalar tətbiq edəcək.

Amerikalı diplomatın sözlərinə görə, potensial sanksiyalar Rusiya Mərkəzi Bankına və Rusiya neftinin tranzitinə təsir edəcək.

Məlumat üçün bildirək ki, mayın 11-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Ukraynaya mayın 15-də İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif edib. ABŞ prezidenti Donald Tramp Kiyevi Rusiyanın təklifini dərhal qəbul etməyə çağırıb.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights