ELAZ.İNFO xəbər verir ki, Ağ Ev ABŞ, Rusiya və Ukraynanın çərşənbə günü Əbu-Dabidə görüşəcəyini açıqladı.
Ağ Ev ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin Rusiya-Ukrayna sülh müqaviləsi ilə bağlı əlavə müzakirələr aparmaq üçün çərşənbə günü Əbu-Dabidə “üçtərəfli görüş” üçün görüşəcəyini açıqladı.
Ağ Evin sözçüsü Karolin Livit Ağ Evin bağçasında jurnalistlərə açıqlama verərək gündəliyi açıqladı.
Livit Ukraynadakı sülh prosesinə ümidli olduqlarını vurğuladı və Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerin çərşənbə günü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Rusiya və Ukrayna ilə üçtərəfli danışıqlarda iştirak edəcəyini açıqladı.
İlahə BAYINDIR