ABŞ Prezidenti Donald Tramp Nigeriyaya qarşı təhdidlərini davam etdirdi

Tramp Floridadan Vaşinqtona qayıdan təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.

ELAZ.İNFO xəbər verir ki, Nigeriyaya müdaxilə edə biləcəyi ilə bağlı açıqlaması ilə bağlı “yerüstü eniş etməyi, yoxsa hava hücumu etməyi” düşünüb-düşünməməsi ilə bağlı suala cavab olaraq Tramp deyib:

-“Yaxşı, çox şey baş verə bilər. Mən çox şey planlaşdırıram”.

Donald Tramp Nigeriyada “rekord sayda xristianın öldürüldüyünü” iddia edib və bunun davam etməsinə icazə verməyəcəklərini vurğulayıb.
Məlumat üçün bildirək ki, 31 oktyabrda sosial mediada paylaşım edən Tramp Nigeriyanı “xristianlara qarşı qırğınlar” səbəbindən “xüsusi narahatlıq doğuran ölkə” elan edib və daha sonra hərbi hücum ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights