ABŞ prezidenti Donald Tramp Böyük Britaniyadadır

ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Böyük Britaniyaya ikinci rəsmi səfəri çərçivəsində Londona gəliblər.

ABŞ prezidentinin Air Force One təyyarəsində London yaxınlığındakı Stansted hava limanına enən cütlüyü Kral Ətrafının Lordu Henri Hud və Xarici İşlər Naziri İvet Kuper qarşılayıb.

Onu gözləyən jurnalistlərə müraciət edən Tramp deyib ki, Böyük Britaniya onun qəlbində xüsusi yer tutur. Tramplar daha sonra prezident helikopteri Marine One ilə Londonun mərkəzinə gediblər. Onların Londondakı Regents Parkı yaxınlığında, ABŞ-ın Böyük Britaniyadakı səfirinin iqamətgahı olan Winfield House-da gecələyəcəkləri açıqlanıb.

İki günlük rəsmi səfərinin ilk ayağında Kral III Çarlz ilə Windsor qalasında görüşməsi gözlənilən Trampın cümə axşamı baş nazirin Aylesberidəki kənd iqamətgahı Chequersdə İngiltərə Baş naziri Keir Starmer ilə görüşəcəyi bildirilir.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights