ABŞ-nin “ərköyün uşağı” müsəlman ölkələrinə hücum etməyə davam edir — AÇIQLAMA

Son zamanlar İsrailin İran, Qəzza, Yəmən, Suriya üzərinə hücumları bir qədər təəccüb doğurur. Məqsəd nədir? Məram nədir? Bu və digər suallarla politoloq Mübariz Göyüşlüyə müraciət etdik.

Mübariz Göyüşlü ELAZ.İNFO-ya bildirdi ki, “İsrailin Suriyaya qarşı həyata keçirdiyi son hərbi əməliyyatlar, yalnız bir ölkənin ərazi bütövlüyünə yönəlmiş hücum deyil, həm də beynəlxalq hüququn və regional sabitliyin ciddi şəkildə təhdid edilməsidir. Strateji obyektlərin hədəfə alınması, sərhəd bölgələrinin bombalanması müdaxilənin planlı və sistematik xarakter daşıdığını göstərir”.

Politoloq onu da vurğuladı ki, “Suriyanın illərdir davam edən daxili böhranı, siyasi parçalanma və zəifləmiş dövlət strukturları, onu xarici müdaxilələrə qarşı daha müdafiəsiz hala gətirib.  İsrail öz maraqlarını təmin etmək üçün bu mühitindən faydalanır. Ən narahatedici məqam isə odur ki, bu hücumlar beynəlxalq təşkilatların susqunluğu və bəzi güc mərkəzlərinin dolayı dəstəyi ilə müşayiət olunur”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights