ABŞ İsrail-Suriya danışıqlarında vasitəçilik edəcək

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın yeni böhranların qarşısını almaq üçün ötən cümə axşamı İsrail-Suriya danışıqlarında vasitəçilik edəcəyi bildirilir.

ABŞ yüksək səviyyəli İsrail və Suriya rəsmilərinin görüşü ilə Suriyanın cənubundakı gərginliklə bağlı təhlükəsizlik əsaslı konsensusa nail olmağı hədəfləyir.

Axios-a danışan ABŞ rəsmisinin sözlərinə görə, bu görüş ötən həftə Suriyanın Sveyda şəhərində başlayan böhran və daha sonra İsrailin Dəməşqə hava zərbələri endirməsindən sonra tərəflər arasında ilk görüş olacaq.

İclasa ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak sədrlik edəcək.

Məlumat üçün bildirək ki, Barak son həftələrdə tərəflər arasında vasitəçilik edirdi. İsrail və Suriyadan yüksək səviyyəli rəsmilərin də iştirakı gözlənilir.

İclasın əsas gündəm maddələri Suriyanın cənubunda təhlükəsizlik tənzimləmələri və böhranların qarşısını almaq üçün İsrail və Suriya arasında kommunikasiya və koordinasiyanın gücləndirilməsi olacaq.

Yüksək rütbəli İsrail rəsmisi deyib ki, “Hazırda nisbi sakitlik var, lakin ABŞ, İsrail və Suriya hökuməti arasında hərtərəfli razılaşmalar olmadan fundamental məsələlər həll edilə bilməz” -dedi.

Görüşün yeri hələlik açıqlanmayıb. Oxşar görüşlər bundan əvvəl Azərbaycanda, Bakıda İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Haneqbi ilə Suriyanın xarici işlər naziri Əsəd Əl-Şabani arasında keçirilib.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights