ABŞ İrandakı proseslərin gedişatını nəzarətinə almağa hazırlaşır

ELAZ.İNFO ABŞ rəhbərliyinin sosial mediadakı çıxışlarına əsasən xəbər verir ki, ABŞ Ordusu tezliklə İrana qarşı müharibəyə qoşulacaq. Tramp müharibənin birinci fazasında, İsrailin İranı yetərincə zəiflətdiyinə inanır və ikinci fazada birbaşa “sükan arxasına” keçmək istəyir. İddialara görə, Pentaqon da müharibəyə qoşulmağı dəstəkləyir. Bu da onu göstərir ki, ABŞ rəhbərliyi İranın cavab addımlarının effektiv olmayacağı qənaətindədir.

Güman etmək olar ki, ikinci faza üçün ABŞ-ın üç başlıca məqsədi var: İranın nüvə proqramının məhv edilməsi; münasib rejim dəyişikliyinin təmin edilməsi və mərkəzi hakimiyyətin zəiflədildiyi yeni sistemin qurulması. Bu xüsusda, İranın şimal qərbində kürd muxtariyyətinin yaradılması da sürpriz olmayacaq. Bir sözlə, demək olar ki, ABŞ İrandakı proseslərin gedişatını nəzarətinə almağa hazırlaşır.

Natəvan BƏYDİLİ 

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights