ELAZ.İNFO, BAKI, 19.05.2025.
ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenə xərçəng diaqnozu qoyuldu.
ABŞ-ın keçmiş prezidenti Co Baydenin rutin sağlamlıq yoxlamaları zamanı prostat vəzində “kiçik düyün” aşkarlandığı bildirilir.
Associated Press (AP) xəbər agentliyinin məsələdən xəbəri olan rəsmiyə istinadən verdiyi məlumata görə, ABŞ-ın 82 yaşlı keçmiş prezidenti Bayden adi sağlamlıq müayinəsindən keçib.
Baydenin prostat vəzində “kiçik düyün” aşkarlandığını bildirən rəsmi, məsələ ilə bağlı dəqiq şərh vermək üçün əlavə müayinələrə ehtiyac olduğunu bildirib.
Yeri gəlmişkən qeyd edək ki, Bayden prezidentliyinin son dövründə sağlamlığı və əqli səriştəsi ilə bağlı narahatlıqlara görə çoxlu tənqidlərlə üzləşmişdi.
Həmçinin, Bayden 21 iyul 2024-cü ildə X sosial media hesabında prezidentlik seçkilərindən çəkildiyini və vitse-prezidenti Kamala Harrisin Demokrat Partiyasından namizəd olmasını “tam dəstəklədiyini və təsdiq etdiyini” elan etmişdi.
Materialı hazırladı:
İlahə BAYINDIR