ABŞ-ın elitası mənə Roma İmperiyasının süqut illərini – Kaliqula, Klavdi, Neron… dövrlərini xatırladır.
Onların dövründə Romada əxlaqsızlıq pik həddində idi. Kaliqula öz atı ilə rəsmi toy mərasimi keçirtdi, Neron anası ilə, sonra da axtalanmış qulu ilə evləndi. İnsest və homoseksuallıq adiləşmişdi. İndi ABŞ-da Epşteyn siyahısının gizlədilməsi göstərir ki, hansı partiyaya mənsub olmasından asılı olmayaraq, bütün ABŞ elitası pedofiliya aşiqi imiş. LGBT+ da bütün Qərbdə (ABŞ imperiya ərazisində) tüğyan edir.
İmperator Neron psixi xəstə idi. Hər yerdə 1-ci olmaq istəyirdi. İdman yarışları üzrə Romada keçirilən olimpiadada döyüş arabaları yarışında guya qalib oldu.
Olimpiada qalibi kimi abidəsi qoyuldu. Bu ona kifayət etmədi. Axı Neron bütün sahələrdə qalib olmalıdır. Afinada keçirilən incəsənət olimpiadasında da iştirak etdi və arfa çalaraq, guya burada da olimpiya qalibi oldu.
İndi ABŞ-da Trampa baxıram, sanki Neronu görürəm. O hər yerdə özünü qalib görmək istəyir. Ağ Ev də onun bütün kaprizlərinə “züy tutur”. Yaltaqlıq ABŞ-da indiyədək görünməmiş həddə çatıb.
Şəkillərdə Ağ Evin və Trampın rəsmi sosial səhifələrində paylaşdıqları bəzi postlara baxıb, özünüz nəticə çıxara bilərsiniz.
Asif ŞƏFƏQQƏTOV