ABŞ-ın diqqəti tamamilə Tehrana yönəlib

ELAZ.İNFO xəbər verir ki, 2026-cı ilin ilk günlərindən etibarən İranda başlayan kütləvi etiraz aksiyaları bu gün daha kəskin xarakter alıb. Ölkənin 26 əyalətini və 78 şəhərini bürüyən nümayişlərdə iqtisadi çətinliklərlə başlayan şüarlar artıq birbaşa mövcud rejimə qarşı siyasi tələblərlə əvəz olunub.

Son məlumatlara görə, paytaxt Tehran başda olmaqla bir çox şəhərlərdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında şiddətli qarşıdurmalar baş verib. Rəsmi dairələr aksiya iştirakçılarını “qiyamçı” adlandıraraq onlara qarşı “rəhm edilməyəcəyini” bəyan edib. İndiyədək toqquşmalarda azı 20 nəfərin həlak olduğu, 1000-ə yaxın şəxsin isə saxlanıldığı bildirilir. Xüsusilə Xuzistan və Fars vilayətlərində vəziyyətin daha gərgin olduğu, bəzi hərbi məntəqələrin yandırıldığı xəbər verilir.Venesuelada prezident Maduronun saxlanılması ilə nəticələnən əməliyyatdan sonra ABŞ-ın diqqəti tamamilə Tehrana yönəlib. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər İran hakimiyyəti nümayişçilərə qarşı güc tətbiqini davam etdirərsə, Tehran “çox ağır zərbə” alacaq. Beynəlxalq ekspertlər ABŞ-ın Venesuelada tətbiq etdiyi modeli İranda da təkrar edə biləcəyi barədə ciddi xəbərdarlıqlar edirlər. İran Xarici İşlər Nazirliyi isə Vaşinqtonun təhdidlərinə cavab olaraq bildirib ki, ölkənin suverenliyinə qarşı istənilən xarici müdaxilə “sürətli və genişmiqyaslı” cavab tədbirləri ilə nəticələnəcək. Rəsmi Tehran baş verənlərdə ABŞ və İsrail kəşfiyyatını ittiham edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights