ELAZ.İNFO xəbər verir ki, “Qurşaqlar və yollar” (“İpək yolu”) layihəsi çərçivəsində Çin bu ilin 1-ci yarımilində müxtəlif ölkələrə $125 milyard sərmayə qoyub.
2013-cü ildə layihəyə start veriləndən 2025-ci ilədək Çinin qoyduğu cəmi sərmayə məbləği $1,3 trilyon olub. Yəni bu ilin 6 ayında sərmayə qoyuluşu 13 ilin 10%-i həcmində olub. Belə getsə, ilin sonunadək 20%-ə çatacaq!
Nəzərə alın ki, Çin sərmayə qoyuluşunu yuanla həyata keçirir. Layihəyə qoşulan ölkələr yavaş-yavaş dollar dövriyyəsindən çıxırlar…
ABŞ hay-küylü şou göstərir, Çin isə sakitcə işini görür.
Asif ŞƏFƏQQƏTOV