ELAZ.İNFO xəbər verir ki, bu gün Yaponiya Sahil Mühafizəsinin (JCG) yaydığı açıqlamaya görə, Okinava prefekturasının Uruma şəhərində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “New Orleans” gəmisində yanğın baş verib.
Gəminin burnundan tüstü çıxıb. Yaponiya Özünümüdafiə Qüvvələri yanğınsöndürmə səylərini dəstəkləmək üçün gəmilər yerləşdirib, Sahil Mühafizəsi də patrul gəmiləri göndərib.
Yanğının səbəbi hələlik məlum deyil.
Məlumat üçün bildirək ki, 200 metr uzunluğundakı gəmidə 361 ekipaj üzvü və 800 əsgər olub.
Günel Güntac