ABŞ danışıqlardan çəkilsə, İran aclıqdan ölməyəcək

ELAZ.İNFOBAKI, 27.05.2025.

ELAZ.İNFO xəbər verir ki,
“Əgər ABŞ qəfildən İranla danışıqlar prosesindən çəkilmək qərarına gəlsə və ona qarşı daha da böyük sanksiyalar tətbiq etsə, İranda heç kim aclıqdan ölməyəcək”.
Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Bizimlə danışıqlar aparmaq istəməsələr və bizə qarşı daha çox sanksiyalar tətbiq etmək istəsələr, aclıqdan öləcəyimiz doğru deyil. Çıxış yolu tapacağıq”, – prezident bildirib.
Məsud Pezeşkian qeyd edib ki, belə bir vəziyyətdə iranlılar birləşməli və birgə hərəkət etməlidirlər.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights