ABŞ-dan Ukraynaya 105 milyon dollarlıq Patriot Dəstək Paketi

ELAZ.İNFO xəbər verir ki, ABŞ Dövlət Departamenti Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri ilə bağlı 105 milyon dollar dəyərində avadanlıq və xidmətlərin satışını təsdiqləyib.

ABŞ Müdafiə Nazirliyinin bir bölməsi olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA), Patriot dəstək paketinin Ukraynaya satışı ilə bağlı yazılı açıqlama yayıb.

Bəyanatda bildirilir ki, paketə Ukraynanın M901 buraxılış qurğularının M903 konfiqurasiyasına yüksəldilməsi, yerüstü dəstək avadanlığı üçün təyin olunmuş ehtiyat yük siyahıları, ehtiyat hissələri, təlim fəaliyyətləri və logistika dəstəyi elementləri daxildir.

Bəyanatda qeyd olunur ki, Patriot sistemləri ilə bağlı avadanlıq və xidmətləri özündə birləşdirən paketin ümumi dəyərinin 105 milyon dollar olduğu qeyd edilib. Layihənin əsas podratçıları ABŞ-da yerləşən RTX Corporation və Lockheed Martin şirkətləri olacaq.

Onu da qeyd edək ki, konqresə təqdim edilən silah satışı təsdiqlərinin 15 günlük etiraz müddəti var. Bu müddət ərzində Konqresin etirazı alınmazsa, silah satışı uğurlu hesab ediləcək.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights