ABŞ daha bir döyüş təyyarəsini itirdi

ABŞ-İsrail hücumları 36-cı gününə qədəm qoyarkən, son 24 saatda baş verən hadisələr müharibənin gedişatını dəyişdirdi; iki ABŞ hərbi təyyarəsi vuruldu və xilasetmə əməliyyatında ağır itkilər bildirildi.

ELAZ.İNFO xəbər verir ki, bu hadisələr yerində cərəyan edərkən ABŞ-ın diplomatik səyləri də uğursuz oldu. Tehran administrasiyası ABŞ-ın atəşkəs təklifini qəti şəkildə rədd etdi.
O faktdır ki, İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib və İsrailin mərkəzi və cənubuna raket hücumları endirib.
Dünən isə ABŞ ordusu daha bir qırıcı təyyarəsini itirib.

ABŞ tərəfi təyyarə itkilərini etiraf edib, lakin vertolyotda olan şəxsi heyətin sağ olduğunu bildirilib.
Məlumat üçün bildirək ki, ABŞ Müdafiə Nazirliyi 28 fevralda başlayan müharibədə 13 ABŞ əsgərinin öldüyünü və 365 əsgərin yaralandığını açıqlayıb.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights