ABŞ-da Rusiya kimi eyni müharibə girdabında tələyə düşüb

ELAZ.İNFO

ABŞ-ın rəhbərlik etdiyi güc mərkəzi Rusiyanı Ukraynada necə müharibə tələsinə salıbsa, özü də İranda eyni müharibə girdabında tələyə düşüb. ABŞ nə müharibəni saxlaya bilir, nə qalıb gələ bilir, nə də normal danışıq aparmağa bir İran məmuru tapa bilir. Bu müharibənin Rusiyadan başqa heç kimə xeyiri yoxdur. Rusiya, geosiyasi rəqibinin müharibə tələsinə düşməsi səbəbindən bütün istiqamətlərdə ancaq qazanır və mövqeylərini gücləndirir. ABŞ nə olur olsun müharibəni qələbə ilə başa vurmalıdır ki, həm rəqibi Rusiyaya uduzmasın, həm ABŞ-da senata seçgi qabağı nüfuzdan düsməsin, həm də özünün və dövlətin beynəlxalq nüfuzunu qorusun. Ən çox uduzan İran xalqıdır. Əgər bu müharibənin sonunda İran xalqı 47 il İran vətəndaşlarına zülm edən, ölkəni 200 il geriyə atan, ölkəni bir Sepah dövləti edən rejimdən azad olsa, bu halda İran xalqı da qazanan tərəfdə olar. Hər zaman demişəm, yenə də təkrar edirəm ki, İranda Azərbaycan Türkləri 1925-çi ildə xain siyasətlə əllərindən alınan hakimiyyətlərini bərpa etməlidir. Belə olsa İran xalqı da, dünya dövlətləri də, beynəlxalq aləm də qazanan tərəfdə olacaq. İranda Fars millətçi rejim yarandığı 101 ildə ya ABŞ, İngiltərə, qərbin, ya da Rusiyanın təsiri altında olub. Bu iki güc mərkəzi İran rejimini öz təsiri altında saxlamaq üçün 101 ildir bir-biri ilə geosiyasi müharibə aparıblar. Bu siyasət bu gün də davam edir. Bu gün İran rejimi Rusiyanin təsir zonasında olduğu üçün, ABŞ, İngiltərə, qərb müxtəlif bəhanələr gətirərək onu öz tərəfinə çəkib daha da güclü olmaq istəyir. Əgər D.Tramp İrana dəniz piyadaları ilə quru əməliyyatlar aparsa, bu daha dəhşətli nəticələrə səbəb ola bilər. Sonda ABŞ qalıb olsa da, hər iki tərəf dəhşətli zərər görəcək.
Yeganə düzgün yol İranda Azərbaycan Türklərinin hakimiyyətini bərpa etməsidir! Bu halda ölkə əhalisinin təxminən 60%-ni təşkil edən Türk xalqları alovlanan ölkəni sabitləşdirəcək. Bax belə olduğu halda İranı daha heç kim təsir altına salmaq haqda düşünməyəcək. İran bütun dövlətlərlə dost və etibarlı müttəfiq olacaq! Əgər beynəlxalq birlik Yaxın şərqdə və bütun dunyada sülh istəyirsə, böyük dövlətlər geosiyasi iddialardan əl çəkməli və İranda min illərlə dövlətcilik təcrübəsi olan Azərbaycanlıların hakimiyyətini bərpa olunmasına yardım etməlidirlər!

Tahir Ələkbərli

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights