ELAZ.İNFO Reuters-ə istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp məhkəmənin məcburi deportasiya qərarından sonra ölkədə keçirdiyi hər gün üçün miqrantları 998 dollar cərimələmək niyyətindədir. Bu barədə Reuters Ağ Evdəki sənədə və mənbəyə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, cərimələr ödənilmədiyi və ölkəni tərk etməkdən imtina edildiyi təqdirdə məhkəmələrin qərarlarını pozan miqrantların əmlakı alınacaq.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin sözçüsü Trisha Mclaughlin: -“Əgər etməsələr, nəticələri ilə üzləşəcəklər. Bu, qanunsuz bir əcnəbinin son deportasiya əmrini gecikdirdiyi hər gün üçün gündə 998 dollar cərimədir “– deyib.
İdarənin başqa bir rəsmisi anonimlik şərti ilə cərimələrin beş il ərzində geriyə tətbiq edilməsini planlaşdırıldığını söyləyib. Nəticədə, bu, bir milyon dollardan çox cərimələrin yığılmasına səbəb ola bilər. O qeyd edib ki, cərimələr 31 mart tarixindən etibarən tətbiq olunur və bu immiqrasiya hakiminin qərarı ilə deportasiya edilmiş təxminən 1,4 milyon miqranta təsir edə bilər.
Qeyd edək ki, bu cür cərimələrin tətbiqi hələ 1996-cı il tarixli qanunla əsaslandırılıb.
Günel GÜNTAC