ELAZ.İNFO xəbər verir ki, Reuters-in verdiyi xəbərə görə ABŞ-ın Miçiqan ştatında Mormon kilsəsinə hücum edilib.
İlkin məlumatlara görə, Miçiqan ştatının Qrand Blan şəhərindəki İsa Məsihin Son Zamanlar Kilsəsinə atışma nəticəsində 4 nəfər həlak olub, ən azı 9 nəfər yaralanıb və kilsədə yanğın baş verib.
Səlahiyyətlilər bildiriblər ki, təcavüzkar ayin zamanı avtomobilini kilsəyə çırpıb və sonra içəridəkilərə atəş açmağa başlayıb. O, vurularaq zərərsizləşdirilib.
Təcavüzkarın kilsəni yandırdığını, lakin yanğının sürətlə yayıldığını bildirən səlahiyyətlilər, yanğın nəzarət altına alındıqdan sonra kilsəyə daxil ola biləcəyini, ölən və yaralananların sayının arta biləcəyini bildirib.
Polis keçmiş dəniz piyadası kimi tanınan hücumçunun öldürüldüyünü açıqlayıb.
Günel GÜNTAC