ABŞ-da güclü fırtına səbəbindən ölənlərin sayı 35-ə çatıb

ABŞ-ın mərkəzi və cənub ştatlarında hökm sürən güclü külək və tornado səbəbindən ölənlərin sayı 35-ə çatıb.

ELAZ.İNFO AZƏRTAC-a istinadən xəbər verir ki, ölüm halları Missuri, Kanzas, Arkanzas, Texas, Oklahoma ştatlarında qeydə alınıb. Fırtına nəticəsində yollar dağılıb, elektrik naqilləri sıradan çıxıb, ağaclar aşıb, evlərə güclü xəsarət dəyib. İki yüz minə yaxın insan elektrik enerjisiz qalıb.

Martın 14-dən başlayan kəskin hava şəraiti ölkənin şərqinə doğru irəliləyir və hazırda Floridadan Pensilvaniyaya qədər 50 milyondan çox insan şiddətli fırtına təhlükəsi altındadır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights