ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın Texas ştatının müxtəlif bölgələrində güclü yağışlar nəticəsində meydana gələn daşqınlarda ən azı 13 nəfər həyatını itirib, düşərgədə olan 20 uşaqdan xəbər alınmadığı bildirilir.
Selin vurduğu bölgələrdən biri olan Kerr mahalının şerifi Larry Leitha təşkil etdiyi mətbuat konfransında hadisələrlə bağlı məlumat verdi.
Ştatın mərkəzində yerləşən Kerr qraflığında daşqınlar səbəbiylə ən az 13 nəfərin həyatını itirdiyini ifadə edən Leitha, “Hal-hazırda müəyyən etmədiyimiz bir neçə adam var, işimiz davam edir. Bu, yəqin ki, bir neçə günlük bir proses olacaq” dedi.
Leitha bölgədə “daşqın xəbərdarlığı” müddətinin uzadıldığını və ölənlərin sayının daha da arta biləcəyini əlavə etdi.
20 uşağın düşərgəsindən xəbər yoxdur
Hyustonda təşkil edilən mətbuat konfransında danışan Texas leytenant qubernatoru Dan Patrick, Hill County bölgəsində düşərgə qurarkən sel suları altında qalan 20 uşaqdan heç bir xəbər olmadığını açıqladı və “Bu, onların itdiyi anlamına gəlmir, ağacların arasında və ya sadəcə əlçatmaz ola bilər” deyib.
Texas leytenant qubernatoru Dan Patrick, qızlar üçün özəl bir xristian yay düşərgəsində “fəlakətli daşqın” səbəbiylə Camp Mystic-də axtarış-xilasetmə işlərinə 14 helikopter, 12 pilotsuz uçuş aparatı və müxtəlif fövqəladə müdaxilə qruplarından 500 nəfərin cəlb edildiyini açıqladı.
Məlumat üçün bildirək ki, ABŞ-ın cənubundakı Texas ştatında ötən gecə qəfil yağan leysan yağışlar səbəbindən Kerr qraflığında Quadalupe çayı daşaraq daşqınlara səbəb olub.
Texas qubernatoru Gregg Abbott, X hesabında yazdığı bir yazıda, dağıdıcı daşqınlarla mübarizə üçün bütün resursları səfərbər etdiklərini söyləyib.
Digər tərəfdən ABŞ-ın Nyu Cersi ştatında ötən gün yağan güclü yağış və fırtına səbəbiylə ağacın avtomobillərinin üzərinə aşması nəticəsində 3 nəfərin öldüyü açıqlanıb.
Günel GÜNTAC