Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Ukrayna mövzusunda keçirilən iclasından əvvəl rəsmi Kiyev tərəfindən səsləndirilən anti-Rusiya bəyanatına dəstək verməyib. Bu addım Vaşinqtonun Ukrayna münaqişəsinə dair dəyişən mövqeyinin növbəti göstəricisi kimi qiymətləndirilir.
ELAZ.İNFO xəbər verir ki, Ukrayna Xarici İşlər nazirinin müavini Maryana Betsa tərəfindən oxunan sənədi 50-yə yaxın dövlət dəstəkləyib. Lakin dəstək verən ölkələr arasında ABŞ-ın adının olmaması diqqət çəkib.
Ukraynanın təşəbbüsünə qoşulan ölkələr əsasən Avropa və Skandinaviya regionunu təmsil edir. Sənədə imza atanlar arasında aşağıdakı ölkələr var: Avropa və digərləri: Slovakiya, Gürcüstan, Kanada, Yeni Zelandiya, Koreya Respublikası, Avstraliya, Yaponiya və Marşall adaları. Bitərəf qalanlar: Avropa Birliyinin üzvü olan Macarıstan bu bəyanatı dəstəkləməkdən imtina edib.Məlumata görə, bəyanata qoşulan dövlətlərin siyahısında Afrika və Cənubi Amerika qitəsindən bircə ölkə belə yer almayıb. Bu, qlobal güclər arasındakı qütbləşmənin və regionların münaqişəyə fərqli baxışının göstəricisi kimi şərh olunur.
Xatırladaq ki, ABŞ-ın bu addımı Prezident Donald Trampın Rusiyanı “Sülh Şurası”nda görmək arzusu və Ukrayna ilə bağlı anti-Rusiya qətnamələrində bitərəf qalması fonunda baş verir. ABŞ-ın bu dəfə də Ukraynanın bəyanatına qoşulmaması Ağ Evin Kiyevlə olan münasibətlərində yeni strategiyanın tətbiq edildiyini təsdiqləyir.
Ruslan MƏMMƏDOV