“ABŞ bizə hücum etsə, cavab verəcəyik”

ELAZ.İNFO, BAKI, 05.05.2025.

ELAZ.İNFO xəbər verir ki, İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ-a xitabən xəbərdarlıq edərək bildirib ki, “əgər bizə hücum edilərsə və ya biz müharibəyə təhrik ediləriksə, güclə cavab verəcəyik”.

İranın “Mehr” agentliyi yazır ki, nazir deyir ki, “biz onların maraqlarına və bazalarına hücum edəcəyik və bu məsələdə çəkinməyəcəyik və heç bir məhdudiyyət görməyəcəyik”.

General Nəsirzadə xəbərdarlıq edib ki, “biz qonşu ölkələrlə düşmən deyilik və onlar bizim qardaşlarımızdır, lakin onların ərazisindəki Amerika bazaları bizim hədəfimiz olacaq”.

Yeri gəlmişkən məlumat verək ki, bu bəyanat İsrailin Husilərin hücumuna hər hansı cavabın ABŞ-la koordinasiyalı olacağını bildirdiyindən sonra verilib.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights