ABŞ administrasiyası: -“Mümkün qədər uzaq durmağa çalışın”

ABŞ və İran arasında danışıqlar davam etdiyi bir vaxtda ABŞ Dəniz Administrasiyası Amerika bayrağı altında üzən gəmilərə xəbərdarlıq edərək onları İranın ərazi sularından “mümkün qədər uzaq durmağa” çağırıb.

ELAZ.İNFO xəbər verir ki, Vaşinqton və Tehran arasında Omanda keçirilən dolayı danışıqların ilk mərhələsindən sonra ABŞ Dəniz Administrasiyası bölgədəki ABŞ bayrağı altında üzən gəmilər üçün yeni təhlükəsizlik protokollarını yayımlayıb.

ABŞ administrasiyası Hörmüz boğazından keçən Amerika gəmilərinə xəbərdarlıq edərək onları İranın ərazi sularından “mümkün qədər uzaq durmağa” çağırıb. Xəbərdarlıqda gəmi kapitanlarına İran qüvvələrinin gəmilərinə minməsinə icazə verməmək, lakin müdaxilə halında müqavimət göstərmək üçün güc tətbiq etməkdən çəkinmək tövsiyə olunub.

Mətndə deyilirdi:

-“Əgər İran qüvvələri ABŞ bayrağı altında üzən ticarət gəmisinə yaxın gələrsə, heyət güc tətbiq edərək müqavimət göstərməməlidir. Müqavimətdən yayınmaq müdaxiləyə razılıq demək deyil.” Həmçinin şərqə doğru üzən gəmilərə Omanın ərazi sularına daha yaxın marşrutlara üstünlük vermələri tövsiyə olunub.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights