ABŞ-a qarşı hərbi hərəkət: -Venesuelada mülki şəxslər silahlanır

ELAZ.İNFO xəbər verir ki, Venesuela hökuməti öz silahlı qüvvələrini və milisləri küçələrə çıxararaq mülki şəxslərə hərbi təlim keçmək üçün yeni proqrama başlayıb.

Yerli mətbuatda yayılan xəbərlərdə “kazarma -xalqın gedəcəyi yer” və Milli Silahlı Qüvvələrin (FANB) və Bolivar silahlı birləşmələrinin paytaxt Karakasda və digər bölgələrdə yerləşdirildiyi bildirilir.

Amerikanın CBS News telekanalı bəzi mülki şəxslərin milislərə qoşulmaq üçün müraciət etdiyini bildirib.

Venesuela rəsmiləri bu addımın “ABŞ-dan gələn təhdidlərə qarşı hərtərəfli müdafiə” məqsədi daşıdığını, yüksək səviyyəli hökumət rəsmisi Diosdado Kabello isə ölkənin istənilən hücuma hazır olduğunu vurğulayıb.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights