Abidələr əsrlərin dərinliklərinə gedib çıxan türk bədii irsinin canlı şahidləridir

Füzulinin Kürtmahmudlu kəndində XIX–XX əsrlərə aid daş plastikası nümunələri yerləşir.

ELAZ.İNFO-ya danışan tarixçi-tədqqiqatçı Sabit Coculu deyir ki, “Bu abidələr forma incəliyi və bəzək zənginliyi ilə seçilir. Maraqlıdır ki, həmin naxışların bir çoxu daha qədim dövrlərə aid abidələrdə də rast gəlinir — bu isə daş oyma sənətinin nəsildən-nəsilə ötürülən fasiləsiz ənənəsindən xəbər verir. Bu qəbir daşlarının hər bir ornament elementi, hər bir xətti sadəcə bəzək deyil, xalqın mənəvi və bədii mədəniyyətinin bir hissəsidir”.

Sabit Coculu daha sora əlavə edib ki, “burada daş plastikasının incəsənəti xüsusi ifadə gücünə malikdir, qədim zövqü, düşüncə tərzini və əcdadların xatirəsini əks etdirir. Bu kimi abidələrin öyrənilməsi və qorunması bu gün daha da önəm kəsb edir — çünki onlar əsrlərin dərinliklərinə gedib çıxan türk bədii irsinin canlı şahidləridir”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights