Abbas Araqçi ABŞ elçisi ilə gizli görüş xəbərlərini təkzib etdi

ELAZ.İNFO xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff ilə guya yeni təmasda olması barədə yayılan məlumatları qətiyyətlə rədd edib.

Mərakeşin paytaxtı Rabatda səfərdə olan nazir bildirib ki, Amerika tərəfi ilə sonuncu görüş regionda genişmiqyaslı hərbi münaqişə başlamazdan çox əvvəl baş tutub. O, mətbuatda yayılan iddiaları əsassız adlandıraraq, hazırda rəsmi Vaşinqtonla hər hansı birbaşa və ya dolayı diplomatik kanalın işləmədiyinə işarə edib.

Araqçi vurğulayıb ki, ABŞ rəsmisi ilə hər hansı ünsiyyət fevralın 28-də regionu bürüyən qanlı hadisələrdən öncəki dövrə aiddir. Qeyd edək ki, fevralın sonunda ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarından sonra Tehran-Vaşinqton xəttində bütün diplomatik körpülər faktiki olaraq yandırılıb.

Xarici mətbuatda yayılan xəbərlərdə tərəflərin gərginliyi azaltmaq üçün “gizli görüşlər” keçirdiyi iddia edilirdi. Lakin Araqçinin bu açıqlaması İranın hazırkı mövqeyinin kifayət qədər sərt olduğunu və yaxın gələcəkdə hər hansı danışıqlar masasına oturmaq niyyətində olmadığını göstərir

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights