ELAZ.İNFO xəbər verir ki, ölkə Prezidentinin sərəncamı ilə A.İ.Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edildi. Bununla bağlı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi sərəncamda deyilir:
-“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilsin”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2026-cı il