Azarkeşin ümüdlərini doğrultmayan Qarabağ F.K

Azərbaycan futbolunun lideri olan Qarabağ FK son illərdə qazandığı çempionluqlar və Avropa uğurları ilə ölkə futbolunun əsas simasına çevrilib. Komanda yerli liqada stabil çıxışı və Avropa turnirlərindəki nəticələri ilə diqqət çəkir.

Son oyunlar göstərir ki, Qarabağ FK yalnız kağız üzərində uğurludur. Taktika səhvləri, koordinasiya çatışmazlığı və yerli futbolçulara laqeyd yanaşma azarkeşlərin səbrini daşırıb.

Azarkeşlərin məyusluq etdiyi əsas mövzulardan biri yerli futbolçulara yetərincə şans verilməməsidir. Klub legionerlərə güvəndiyi üçün yerli yetirmələrin inkişafı gecikir. İdarəçilikdə şəffaflığın olmaması da azarkeşlərin tənqidlərinə səbəb olur.

Ümumilikdə, Qarabağ FK uğurlu klublardan olsa da, oyun keyfiyyəti, yerli futbolçuların inkişafı və idarəçilikdə şəffaflıq baxımından hələ də inkişaf etməyə ehtiyacı var.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights