ABŞ-ın maliyyə mərkəzi olan Wall Street-də tanınmış şəxs, 70 yaşlı investor Howard Rubinin evində qadınlara qarşı cinsi təcavüz və işgəncə cihazları aşkar edilib.
ELAZ.İNFO xəbər verir ki, “Wall Street Journal” qəzetində dərc olunan xəbərə görə, prokurorluq Hovard Rubinin Manhettendəki penthaus mənzilini qurban olduqlarını iddia edən qadınların xahişi ilə araşdırıb.
İş materiallarında iddia olunur ki, “zindan” kimi təsvir edilən bu mənzildə Rubin illərdir qadınları onların razılığı olmadan zorakılığa, cinsi təcavüzə və psixoloji istismara məruz qoyub və bu məqsədlə işgəncə cihazları hazırlayıb.
ƏN AZI 10 QURBAN VAR
Məlumat üçün bildirək ki, məhkəmə qeydlərinə görə, ən azı 10 qurbanı əhatə edən iş materiallarında Rubinə qarşı elektrik cərəyanı vurması, ağırlaşdırılmış hücum və təcavüz ittihamları da irəli sürülür.
Günel GÜNTAC