7 nəfərin ölümü ilə nəticələnən qəza

Şəmkir rayonu ərazisində 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən “KamAz” markalı yük maşınının qoşqusuna çırpılıb.

Ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin və xəsarət alanların kimliyi məlum olub

Qəzada ölənlər – 1992-ci il təvəllüdlü Bayramov Şadət, Bəsti Nəbiyeva, (1975) Aydın Pənahov (1977, Bakı sakini), Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Bağırov Arifdir.

Xəsarət alanlar isə 1975-ci il təvəllüdlü Şahniyar Pənahova, Kamran Məmmədov (1969), Nərmin Əliyeva (2004), Məcid Qəribov (1995) və Bəkinaz Gözəlovadır (1970).

Faktla bağlı araşdırma aparılır.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights