LAZ.İNFO xəbər verir ki, Elşən Salayevin 18 noyabr anım günüdür.Bakıda son mənzilə yola salınıb.
Avropa universitetlərindən imtina edib Vətən müharibəsinə qatılan şəhidimiz Elşən Salayev. 617 balla BDU-nun Tarix fakültəsinə qəbul olub. 2017-2018-ci illərdə Oksford Universitetinin Nizami Gəncəvi mərkəzinin mühüm elmi təşəbbüslərdən biri “Bərdə arxeoloji tədqiqatları” layihəsində iştirakçısı olub. O, bu illər ərzində qazıntıların Torpaqqala və Qaratəpə areallarında iştirak edib. Rus və ingilis dillərini bilib. İrlandiyanın bir neçə universitetindən magistratura təhsili üçün təqaüd qazanmasına baxmayaraq hərbi xidməti özünə borc bilib. Vətən Müharibəsində ağır döyüşlərdə iştirak edib. 15 oktyabrdan sonra Elşəndən heç bir xəbər olmayıb. 18 noyabrda Bakıda son mənzilə yola salınıb. “Vətən uğrunda” medalı ilə təltif edilib.
Aydan
