61 mina aşkarlanıb

 ELAZ.İNFO xəbər verir ki, bir həftə ərzində minatəmizləmə qurumları tərəfindən əməliyyatlar barədə həftəlik məlumatda (21.07.2025 – 27.07.2025) deyilir ki,işğal olunmuş ərazilərdə  61 mina aşkarlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 46 piyada əleyhinə mina, 15 tank əleyhinə mina, 1 097 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 354,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights