ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Kuzbas bölgəsinin Prokopiyevsk şəhərində yerləşən internat evində kütləvi xəstələnmə faktı ilə bağlı son rəqəmlər açıqlanıb. Regionun səhiyyə naziri Andrey Tarasovun jurnalistlərə verdiyi məlumata görə, hazırda tibb müəssisələrində 51 nəfər müalicə olunur.Vəziyyəti ağır olanlar var.
Nazir qeyd edib ki, xəstəxanaya yerləşdirilənlərin sayı 62-dən 51-ə düşsə də, bəzi xəstələrin vəziyyəti kritik olaraq qalır: 4 nəfər ağır vəziyyətdədir. 17 nəfər Novokuznetsk İnfeksion Xəstəxanasında (1-i ağır, 16-sı orta ağır). 34 nəfər Prokopiyevsk Şəhər Xəstəxanasında (3-ü ağır, 25-i orta ağır, 6-sı qənaətbəxş).
Prokopiyevsk Şəhər Xəstəxanasının baş həkimi Viyaçeslav Starçenkonun sözlərinə görə, ağır vəziyyətdə olan 3 xəstədən 2-si reanimasiyadadır. Onların vəziyyəti stabil-ağır olaraq qiymətləndirilir, xəstəxananın bütün lazımi dərman preparatları ilə təmin olunduğu bildirilir.
Eyni zamanda, bu gün 14 nəfərin analizlərinin neqativ çıxdığı və onların evə buraxılacağı gözlənilir. Xatırladaq ki, internatda baş verən A qripi epidemiyası nəticəsində daha öncə 9 nəfər həyatını itirmişdi.
Ruslan MƏMMƏDOV