ELAZ.İNFO xəbər verir ki,Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə 49 056 iş və yaşayış yeri inşa olunub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan”X” sosial media hesabında Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi” barədə paylaşım edib.
Ərdoğan qeyd edib ki, məhəllədə 49 056 iş və yaşayış yeri inşa olunub, bununla da zəlzələdən sonra təhvil verilən mənzil sayı 250 minə çatıb.
Aysun NƏCƏFOVA
