ELAZ.İNFO xəbər verir ki,1984-cü ildə Almaniyanın Aşaffenburq şəhərində 19 yaşlı Maria Köhlerin qətlinə görə İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Nəzmi Gezginci 41 il sonra Hatayda 66 yaşında başqa bir şəxsiyyətlə yaxalanıb. Polisin təfərrüatlı araşdırması zamanı Gezgincinin sağ gözünün altında 1,5 santimetrlik çapıq olduğu üzə çıxıb.
30 iyul 1984-cü ildə Almaniyanın Aşaffenburq şəhərindəki Aşaffenburg Şəhər Xəstəxanasında tibb bacısı tələbəsi olan 19 yaşlı Maria Köhler xəstəxananın yataqxanasında öz otağında ölü tapılıb.
Araşdırmalar nəticəsində Köhlerin boğularaq öldüyü müəyyən edilib. Araşdırmalar Köhlerin keçmiş sevgilisi, 25 yaşlı Nəzmi Gezginci üzərində cəmlənib. Polis hadisənin ertəsi günü Gezginin Almaniyadan Türkiyəyə qaçdığını müəyyən edib.
BARAN Türkiyə