300 minlik qələbə

ELAZ.İNFO xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarmışdır ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu keçmiş arvadının tələb etdiyi bütün əmlakı qaytarmalıdır.

Bir neçə ay əvvəl H.Pənahova əri Məhəmməd Pənahov tərəfindən fiziki şiddətə məruz qalması barədə məlumatlar yaydı. Sonradan oğul Pənahov razı olmasa da, məhkəmə cütlüyün boşanmasına qərar verdi.

Bakı Apellyasiya Məhkəməsi əvvəlcə Məhəmməd Pənahovun boşanma qərarına qarşı şikayəti araşdırıb, lakin şikayət təmin edilməyib.

H.Pənahovanın əmlak tələbi isə əsaslı hesab edilib. Nəticədə 300 min manatlıq əşyaların Məhəmməd Pənahovdan alınıb keçmiş arvadına qaytarılması barədə yeni qətnamə çıxarılıb.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights